Ölməyən sevgi

Gənc adam əlində bir buket çiçək, sahilə qaçaraq gəldi...
Gözləri sahildə gəzişdi, axtardığını görə bilməyincə
ilk gördüyü oturacaqa oturub sevdiyini gözləməyə başladı. Əllərində
hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi.
Qırmızı, qıpqırmızı, qan qırmızısı güllər… Sanki budağından yeni qoparılmış
kimi təzə idilər, buram buram iy verirdilər, sevgi iy verir,


Ardı →

İtburnu çiçəkləri (ən romantik hekayələrdən biri)

Gözləri önündən çay boyunca  sürünən yaz dumanı keçib gedirdi. Duman qaragilə, itburnu kollarını udur,  batan günəşin şəfəqləri altında göyümtül daşları solğuncasına işıldayan zirvələrə doğru sürünürdü. Kədərli mənzərəydi.

Qızı çay dəmləyə bilmirdi. Bunu ona demir, xətrinə dəymək istəmirdi. Bu nəsil  nəyisə öyrənmək həvəsində deyildi,   öyrətmək arzusuyla alışıb yanırdılar.  Yenə də Malikin dediklərini ona çatdırırdı, deyir atanın şəhərin mərkəzində ev nəyinə lazımdır? Dəyişsin  kənarlara, yaxşı pul verərlər. Bizə də maşın almağa kömək eləsin. O da həmişə olduğu kimi eyni cavabını verirdi, şəkini vursun!
Ardı →

Gi de Mopassan-Kəndə səfər

Ən sentimental fransız yazıçısı Gi de Mopassanın «Kəndə Səfər» yazısı ən romantik,ən təsirli povestlərdəndir.İnsan taleyi,insan psixologiyası haqqında çox gözəl bu əsəri oxumaqla heç nə itirməyəcəksiniz.10 dəqiqə sərf etsəniz də,çox güclü təssürat alacaqsınız.


Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.
Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.
Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü. Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafı tamaşa eləməyə başladılar.
Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:
— Axır ki, kənd yerinə çatdıq.


Ardı →